“Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ ordusu Britaniyanın Mildehall aviabazasından iki yanacaqdaşıyan təyyarəni Almaniyaya köçürüb.
Sesxeber.com bildirir ki, daha sonra bir neçə digər təyyarə də həmin ölkəyə aparılıb.
Bundan əvvəl ABŞ hərbçiləri Feyrford aviabazasından B-1 bombardmançılarını çıxarıblar. Bu addım İranla əlaqələndirilən təhlükəsizlik insidenti ilə bağlı yeddi nəfərin saxlanılmasından sonra atılıb.
Məlumata görə, təyyarələrin köçürülməsi İran tərəfindən mümkün təhlükə ilə bağlı narahatlıqlar fonunda baş verib.