20
Azərbaycanlı həkim Elnur İmanov Qırğızıstanda səhiyyə sahəsində yeni vəzifələrə təyin edilib.
Sesxeber.com bildirir ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının həkim-kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Qırğızıstanın səhiyyə nazirinin ictimai əsaslarla fəaliyyət göstərən müşaviri təyin olunub.
Bununla yanaşı, azərbaycanlı mütəxəssis Oş şəhərində yerləşən tibb universitetində və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda uşaq kardiologiyası üzrə müəllim vəzifəsini də icra edəcək.