35
Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri üçün növbəti imtahanın tarixini açıqlayıb.
Sesxeber.com qurumun məlumatına əsasən bildirir ki, xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən sürücülər üçün imtahan dekabrın 3-də keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər noyabrın 19-u saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
Bildirilib ki, imtahanda iştirak edəcək namizədlər barədə məlumatlar müvafiq qurumlar tərəfindən artıq DİM-ə təqdim olunub.