79
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü ilə bağlı telefon zəngi edib.
Sesxeber.com bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, telefon zəngi Türkiyədə 29 Oktyabr – Respublika Günü münasibətilə TDT liderlərinin iştirakı ilə keçirilən axşam yeməyi zamanı baş tutub.
Bildirilib ki, Ərdoğan ABŞ Prezidentinə yeməkdə iştirak edən liderlərin salamlarını çatdırıb.