32
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Fənərbaxça” klubunun sükanı arxasına keçə biləcək namizədlər arasında göstərilir.
Sesxeber.com türkiyəli jurnalist və futbol şərhçisi Serdar Ali Çeliklerin verdiyi məlumata əsasən bildirir ki, İsmail Kartalın istefasından sonra İstanbul təmsilçisinin baş məşqçi postuna bir neçə mütəxəssisin adı hallanır.
Onun açıqladığı namizədlər sırasında Qurban Qurbanovla yanaşı, Vinçentso Montella, Bülent Uyğun, Abdullah Avcı və Volkan Dəmirəl də yer alır.
Qeyd edək ki, “Fənərbaxça” oktyabrın 27-də İsmail Kartalla yollarını ayırıb. Qurban Qurbanovun namizədliyi ilə bağlı klub tərəfindən hələlik rəsmi açıqlama verilməyib.