28
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının çempionatını beşinci pillədə başa vurub.
Sesxeber.com bildirir ki, baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi komanda beşinci yer uğrunda görüşdə Gürcüstan yığmasını 3:1 hesabı ilə məğlub edib.
Oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində keçirilən yarışda millimiz qrup mərhələsində Polşa və Latviya komandalarına 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, finalda Polşa yığması Ukraynanı 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.