90
“WhatsApp” vasitəsilə göndərilən şəkillər, videolar, səsli mesajlar və sənədlər zamanla telefonun yaddaşında böyük yer tutaraq cihazın işini ləngidə bilər.
Sesxeber.com bildirir ki, yaddaşı boşaltmaq üçün tətbiqin “Parametrlər” → “Yaddaş və məlumatlar” → “Yaddaşı idarə et” bölməsinə daxil olmaq kifayətdir.
Burada böyük həcmli videoları, lazımsız şəkilləri və sənədləri bütün yazışmanı silmədən təmizləmək mümkündür.
Yaddaşın yenidən dolmaması üçün media fayllarının avtomatik yüklənməsini məhdudlaşdırmaq tövsiyə olunur.
Mütəxəssislər vacib məlumatları itirməmək üçün faylları silməzdən əvvəl ehtiyat nüsxə yaratmağı məsləhət görürlər.