Azərbaycan 2026-cı ilin yanvar-avqust aylarında Yunanıstana 377,6 milyon manat dəyərində 692,5 milyon kubmetr təbii qaz ixrac edib.
Sesxeber.com bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,4 %, həcm baxımından isə 15,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan ümumilikdə 5,7 milyard manat dəyərində 16,4 milyard kubmetr təbii qaz ixrac edib. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,77 % və 0,46 % azalıb.
Azərbaycanın əsas qaz ixrac etdiyi ölkələr İtaliya, Türkiyə, Yunanıstan, Suriya, Bolqarıstan, Gürcüstan, Serbiya və İran olub.
Eyni zamanda, ilin ilk səkkiz ayında Azərbaycan İrandan 215 milyon kubmetr təbii qaz idxal edib.