41
Oktyabrın 20-də saat 10:00-dan etibarən Astara rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Sesxeber.com bildirir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.
Qeyd olunub ki, məhdudiyyət Ojakəran, Deqədi, Səlivə kəndlərini, eləcə də Ərçivan və Kijəbə qəsəbələrini əhatə edəcək.
Qazın verilişində fasilə aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır. Təchizat işlər başa çatdıqdan sonra bərpa olunacaq.