103
Oktyabrın 9-da Bakının Xətai və Binəqədi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Sesxeber.com “Azərişıq” ASC-nin məlumatına əsasən bildirir ki, buna səbəb elektrik şəbəkəsində aparılacaq təmir və yenidənqurma işləridir.
Bildirilib ki, saat 10:00-dan 15:00-dək Xətai rayonunda Gəncə prospektinin bir hissəsində və 191 saylı məktəbin ətrafında elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Binəqədi rayonunda isə saat 11:00-dan 16:00-dək 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində qısamüddətli fasilələr yaranacaq.
İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.