Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında möhkəm sülhün qurulması istiqamətindəki səylərinin Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid etdiyini bildirib.
Sesxeber.com bildirir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
İlham Əliyev qeyd edib ki, Tramp 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən sülh sammitində iki ölkə arasında sülhün təşviqində tarixi rol oynayıb.
Prezidentin sözlərinə görə, Trampın sülh prosesinə verdiyi töhfəyə görə Azərbaycan və Ermənistan onun Nobel Sülh Mükafatına namizədliyini İlham Əliyevin təşəbbüsü ilə birgə irəli sürüblər.