132
Kriştianu Ronaldu milli komandanın düşərgəsini niyə tərk etdiyini açıqlayıb.
Sesxeber.com xəbər verir ki, Ronaldu federasiyanın və baş məşqçinin ona milli komandadakı yerinin təmin olunduğunu desələr də, verilən sözlərin tutulmadığını bildirib.
“Mənim üçün ən vacib şey dürüstlükdür. Mənə verilən sözlər tutulmadıqda, orada yerimin olmadığını hiss edirəm.”
O, düşərgəni tərk etdiyinə görə komanda yoldaşlarından və Portuqaliya xalqından üzr istəyib, cəzalandırılmasını düzgün hesab etdiyini bildirib. Ronaldu cəza başa çatdıqdan sonra Portuqaliya üçün mübarizəni davam etdirəcəyini vurğulayıb.