124
Portuqaliya Futbol Federasiyasının nümayəndələri gələn həftə milli komandanın hücumçusu Kriştianu Ronaldu ilə görüşəcəklər.
Sesxeber.com bildirir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Federasiya rəsmiləri 41 yaşlı futbolçu ilə yığmanın baş məşqçisi Jorji Jezuş arasında münasibətlərin yaxşılaşdırılmasına çalışacaqlar.
Rəhbərlik tərəflər arasında münasibətlərin normallaşacağına və K.Ronaldunun milli komandada çıxışını davam etdirəcəyinə ümid edir.