92
Azərbaycan Üzgüçülük Federasiyasının məlumatına görə, Su İdmanı Sarayında keçirilən yarışlarda 10 kateqoriya üzrə final mərhələləri baş tutub.
Sesxeber.com bildirir ki, günün əsas nəticəsinə Rusiya təmsilçisi Yeqor Kornev imza atıb. O, 100 metr məsafəyə sərbəst üsulla üzmədə 44,84 saniyəlik nəticə göstərərək dünya rekordçusu Kayl Çalmersin göstəricisini təkrarlayıb.
Yeqor Kornev, həmçinin 50 metr məsafəyə arxası üstə üzmədə 22,23 saniyəlik nəticə ilə Dünya Kubokunun rekordunu yeniləyib.
Azərbaycan təmsilçisi Fatimə Alkərəmova isə 400 metr məsafəyə qarışıq üsulla üzmənin finalında mübarizə apararaq 7-ci yeri tutub.