161
“Biz peşəkar komanda deyilik”.
Sesxeber.com bildirir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçirilən Azərbaycan – Lixtenşteyn matçından sonra mətbuat konfransında rəqib komandanın baş məşqçisi Konrad Fünfştük deyib.
O bildirib ki, hər bir komandanın öz yolu var:
“Futbolçularımızın çox az hissəsi futboldan pul qazanırlar. Onların əksəriyyəti digər peşə sahələrindən qazandıqları gəlirlə həyatlarını qururlar. Yenə də biz oyundan-oyuna inkişaf etməyə, daha yaxşı nəticələr qazanmağa çalışırıq”.