134
Londondan İstanbula uçan “AJet” təyyarəsində sərxoş sərnişin insident yaradıb.
Sesxeber.com “Turkiye Today”ə istinadən xəbər verir ki, sərnişin stüardessanı dişləyib, daha sonra başqa bir sərnişinə hücum edib. Ekipaj onu uçuşun sonuna qədər zərərsizləşdirib və İstanbulda polisə təhvil verib.
“AJet” sərnişini qara siyahıya salaraq, reyslərindən ömürlük istifadəni qadağan edib.