114
Hesablama Palatası Ombudsmanın aparatı və regional mərkəzlərində dövlət vəsaitlərindən və əmlakından istifadəyə dair yoxlama aparıb.
Sesxeber.com xəbər verir ki, bu barədə Palatadan bildirilib.
Yoxlama barədə qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş geniş tərkibdə Kollegiya iclasında məlumat verilib. Qeyd olunub ki, yoxlama nəticələri ilə bağlı auditor hesabatı təsdiqlənib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün Ombudsmana tədbirlər görmək tapşırılıb.
Xatırladaq ki, hazırda Ombudsman Səbinə Əliyevadır. Parlament ötən gün Ombudsmanın aylıq vəzifə maaşını 12 min manat müəyyən edib.