Fransada bütün ölkə ərazisində 170-dən çox etiraz aksiyası keçirilir.
Sesxeber.com bildirir ki, dövlət sektoru işçiləri 2027-ci ilin büdcəsi təqdim olunmazdan əvvəl əməkhaqlarının artırılmasını və dövlət xidmətlərinin maliyyələşdirilməsinin yüksəldilməsini tələb edirlər.
Bildirilir ki, etirazlara yanğınsöndürənlər də qoşulacaq. Paytaxt Parisdə keçiriləcək əsas nümayişdə 40 minədək insanın iştirakı gözlənilir, daha 5–10 min xilasedici isə əvvəlcə ayrı yürüş keçirəcək. Paralel olaraq, bir neçə regionda liseylərin bloklanması davam edir.