ABŞ hərbçilərinin İraqdakı son bazalardan çıxışı sentyabrın 30-dək başa çatdırılacaq.
Sesxeber.com bildirir ki, bu barədə Reuters məlumat yayıb.
ABŞ və İraq bu prosesi 2024-cü ildə razılaşdırıb. Çıxışdan sonra ölkədə təhlükəsizlik məsuliyyəti əsasən İraq qüvvələrinin üzərinə keçəcək. ABŞ hərbçilərinin İraqdakı mövcudluğu iki onillikdən çox davam edib.