135
Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı baş verib.
Sesxeber.com bildiriri ki, ANAMA, DİN və Baş Prokurorluğun birgə məlumatına görə, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar Bayramovun idarə etdiyi avtomobil keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
Qurumlar vətəndaşları mina təhlükəsi işarələrinə diqqət etməyə və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.