8
Yerəvan və Bakı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq etmək barədə razılığa gəliblər
Sesxeber.com bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
BMT Baş Assambleyasında çıxış edən Ermənistanın Baş naziri bəyan edib ki, söhbət silahlı münaqişə zamanı itkin düşmüş bir neçə min nəfərdən gedir və bu məsələ həll olunmamış qalır.
Paşinyan, həmçinin Ermənistanın minalardan təmizlənmə sahəsində Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu təsdiqləyib.
O, konfrontasiyalı nitqdən imtina etməyə və sülhün möhkəmləndirilməsini iki ölkə arasındakı qarşılıqlı əlaqənin əsas mövzusuna çevirməyə çağırıb.