Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Nyu-Yorkda yeni görüş keçirilir.
Sesxeber.com xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində keçirilir və danışıqlar qapalı formatdadır.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edir. Ermənistan tərəfinin yaydığı məlumata görə, danışıqlara Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da qatılıb.
İlkin məlumata görə tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər. Görüşdə ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, iki ölkənin işgüzar dairələri arasında təmasların genişləndirilməsi məsələləri nəzərdən keçirilib.