4
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb.
Sesxeber.com President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
“Qardaşınız – görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”