Bu gün, 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Sesxeber.com bildirir ki, bu münasibətlə “BakuBus”ın sürücüləri maraqlı kompozisiya ilə çıxış edərək dinləyicilərə xoş anlar bəxş ediblər.
Sürücülər məşhur “İntizar” (“Vəfadarım mənim”) mahnısını ifa ediblər. Əsəri 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqov oxuyub. Onu tarda 1 nömrəli avtobusun sürücüsü Tərlan Nağdalıyev, pianoda isə 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov müşayiət edib.
Qeyd edək ki, sözləri Südabə Şəfaya, musiqisi Nüşabə Muradovaya məxsus olan bu bəstənin ən populyar ifaçısı Elmira Rəhimovadır.