65
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil edib.
Sesxeber.com Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən bildirir ki, əhalinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artıb.
2026-cı ilin yanvar-iyul aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1 176,7 manat olub.
Orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Eyni zamanda, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib.