2026-cı il sentyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 92 milyard 765,7 milyon ABŞ dolları təşkil edib.
Sesxeber.com Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən bildirir ki, bu göstərici illik müqayisədə 18,2 faiz artıb.
Eyni tarixə ölkənin xarici dövlət borcu 4 milyard 559,5 milyon ABŞ dolları olub. Xarici dövlət borcu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalıb.
2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat təşkil edib. Gəlirlər nominal ifadədə 0,5 faiz artıb.
Dövlət büdcəsinin xərcləri isə 22 milyard 770,6 milyon manat olub və illik müqayisədə 2,1 faiz artıb. Nəticədə dövlət büdcəsində 3 milyard 715,9 milyon manat profisit yaranıb.
2026-cı il avqustun 1-nə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 34 milyard 155,1 milyon manat təşkil edib. Kredit qoyuluşları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artıb.
Fiziki şəxslərin banklardakı əmanətləri isə 17 milyard 896,7 milyon manata çatıb. Əmanətlərin həcmində illik 15,6 faiz artım qeydə alınıb.