22
Avropa İttifaqı (Aİ) Arktikanın Avropa üçün artan strateji əhəmiyyəti fonunda əməkdaşlığı gücləndirməyə çalışaraq, “Global Gateway” strategiyası çərçivəsində Qrenlandiyaya 200 milyon avro dəyərində investisiya paketi elan edib.
Sesxeber.com bildirir ki, bu barədə Nuuka səfəri zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
Səfər çərçivəsində Aİ, Qrenlandiya və Danimarka həmçinin energetika, kritik əhəmiyyətli xammal, rəqəmsal infrastruktur, balıqçılıq, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair yeni birgə bəyannamə imzalayıblar.