21
“Ağ-qaralar” Finlandiyanın “Qnistan” klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.
Sesxeber.com bildirir ki, buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib.
İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke, sözügedən çempionatda “Qnistan”ın heyətində bu mövsüm 22 oyunun hər birində meydana çıxıb.