Avqustun 25-də Bakının Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Sesxeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, Yasamal rayonunda transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Moskva və Mətbuat prospektlərinin, Mirəli Seyidov, Abdulla Şaiq, Şamil Əzizbəyov, Zərgərpalan, Mustafa Sübhi, Məhəmməd Naxçıvani və Fuad İbrahimbəyov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nərimanov rayonunda isə saat 09:00-dan 13:00-dək akademik Həsən Əliyev, Xan Şuşinski, Səməd Vurğun və Möhsun Sənani küçələrinin bəzi ərazilərində, 1 saylı “ASAN xidmət” mərkəzində və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında elektrik enerjisinin verilişində fasilə yaranacaq.