69
Azərbaycanın rayonlarında avqustun 20-də yağışlı hava gözlənilir.
Sesxeber.com bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.