19 avqust saat 11:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 39 094 uşaq üçün elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə sorğu yerləşdirilib.
Sesxeber.com bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4 769 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 113-ü alternativ qeydiyyat mərkəzlərində, 3 980-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 676 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Qeyd edək ki, mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.