Mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il avqustun 27-də, saat 10:00 da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Sesxeber.com bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar 2026-cı il avqustun 21-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.