İtaliya hökuməti İspaniya ilə dəniz və hava nəqliyyatı üzrə Şengen rejimini müvəqqəti dayandıraraq sərhəd nəzarətini yenidən tətbiq edib.
Sesxeber.com bildirir ki, Baş nazir Corca Meloni bildirib ki, bu qərar milli təhlükəsizliyin qorunması və ölkə üçün yarana biləcək risklərin qarşısının alınması məqsədilə qəbul olunub.
Onun sözlərinə görə, tədbir yalnız zəruri müddət ərzində qüvvədə olacaq və yay turizm mövsümünə təsirin minimuma endirilməsi üçün xüsusi tədbirlər görüləcək.