25
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin vitse-prezidenti C.D. Vens ilə səmərəli telefon müzakirəsinin baş tutduğunu bildirib.
Sesxeber.com bildirir ki, tərəflər Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilmiş son görüşün müsbət və məhsuldar nəticələrini müzakirə ediblər.
Rusiyanın raket zərbələrinin davam etdiyi bir vaxtda Ukrayna üçün əsas prioritetin məhz balistik raketlərə karşı “Patriot” HHM sistemləri üçün raket tutucularının təmin edilməsi olduğu vurğulanıb.