35
Azərbaycanın yunan-Roma güləşçiləri U17 dünya çempionatında çıxışlarını başa vurublar.
Sesxeber.com bildirir ki, təmsilçilərimiz yarışın son günündə daha üç medal qazanıblar.
Çempionatın yekun nəticələrinə əsasən, idmançılarımız aşağıdakı əyarlı medallara sahib olublar:
Belə ki, Əli Cavadlı (45 kq) və Abdulrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Orxan Həbibli (65 kq) və Elmir Çərkəzov (60 kq) isə bürünc medal qazanıblar. Beləliklə, yunan-Roma millimiz mundialı ümumilikdə 3 gümüş və 3 bürünc medalla tamamlayıb.