Bu gün səhər saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində marşrut avtobusu ilə yük avtomobili toqquşub.
Sesxeber.com xəbər verir ki, 107 saylı xətt üzrə hərəkət edən iritutumlu avtobus eyni istiqamətdə hərəkət edən yük maşınına arxadan çırpılıb. Nəticədə avtobusa ciddi zərər dəyib.
Xoşbəxtlikdən hadisə zamanı avtobusda sərnişin olmayıb.