Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.
51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda ermənistanlı Gevorq Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.
Qələbə nəticəsin o, yarımfinala yüksəlib. Hüseynli buna qədər təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda isə əlcəzairli Lyes Bumazanı hər iki görüşdə 9:0 hesabı ilə üstələmişdi.