ABŞ-nin “Henry Public Relations” şirkətinin baş direktoru, “RedPresswire”ın həmtəsisçisi və “Newsmax TV”nin şərhçisi Brayan E. Leyb “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin ləğv etməyə və Azərbaycana ABŞ istehsalı olan qırıcı təyyarələrin satışına çağırıb.
O, bununla bağlı “X” hesabında paylaşım edib. Leyb Azərbaycan mediasının “JF-17C”, “Su-25ML” və “L-39” təyyarələrinin döyüş təlim uçuşları barədə xəbərlərinə cavab olaraq yazıb: “1992-ci il “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsi ləğv edilməli və Amerika qırıcı təyyarələri etibarlı və sübut olunmuş müttəfiqimiz Azərbaycana satılmalıdır”.

Qeyd edək ki, 2025-ci ilin sonunda ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tamamilə ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib. Bu çağırışın reallaşması üçün isə bədnam akt ləğv olunmalıdır.