17
The Guardian nəşrinin məlumatına görə, FIFA 2026-cı il dünya çempionatından 15 milyard dollar gəlir əldə edib.
Sesxeber.com xəbər verir ki, bu göstərici təşkilatın əvvəlcədən proqnozlaşdırdığı 11 milyard dollardan 4 milyard dollar çoxdur.
Bildirilir ki, əlavə gəlirin əsas hissəsi biletlərin satışı və təkrar satışı, həmçinin qonaqpərvərlik xidmətlərindən əldə olunub. FIFA hər biletin təkrar satışı zamanı həm alıcı, həm də satıcı tərəfdən 15 faiz komissiya alıb.