Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” kollektivi I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “Torpedo” komandasının qonağı olub.
Kutaisidəki “Şengeliya Arena”da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:0.25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.
Beləliklə “Zirə” UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Zirə” komandanın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında deyib ki, komandası UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo” ilə qarşılaşmaq istəməyib.
R.Sadıqov Gürcüstan təmsilçisinin tarixi ənənələri olduğunu söyləyib:
“Püşkdən əvvəl “Torpedo” ilə qarşılaşmaq istəmirdik. Təcrübəli baş məşqçiləri, tarixi ənənələri var. Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcuddur. Amma hər şey bizim üçün uğurlu alındı və mərhələ adladıq”.