NATO-nun baş katibi Rutte hər kəsi maraqlandıran suala ritorik cavab verib. O, jurnalistin təkrar eyni mövzuda səsləndirdiyi növbəti sualdan da məharətlə yayına bilib.
Jurnalist:“Əgər Türkiyə ilə İsrail arasında münaqişə, məsələn, Suriyada baş versə, 5-ci maddə işə düşərmi?”
NATO-nun baş katibi Rutte: “Prezident Ərdoğan son dərəcə müdrik prezidentdir. O, uzun illərdir bu vəzifədədir və nəzarətdən çıxa biləcək vəziyyətin yaranmasının qarşısını almağa çalışacaq”.