Türkiyənin tanınmış müğənnisi Zeynep Bastık və aktyor Serkan Tütüncü münasibətlərini rəsmiləşdirməyə hazırlaşırlar.
Türkiyə mətbuatının yaydığı məlumata görə, cütlük toy mərasimini bu yay baş tutacaq şəkildə planlaşdırır və nikahın sentyabr ayından sonraya saxlanılmayacağını bildirib.
Qeyd olunur ki, Serkan Tütüncü ötən ilin may ayında Paris səfəri zamanı Zeynep Bastığa evlilik təklifi edib. Hazırda toy hazırlıqları ilə məşğul olan cütlük mərasimin ailə üzvləri və yaxın dostların iştirakı ilə, səmimi və sadə atmosferdə keçiriləcəyini açıqlayıb.
Zeynep Bastık da toy planları ilə bağlı danışaraq bildirib ki, hazırlıq prosesi artıq başlayıb və mərasim yay mövsümü başa çatmamış təşkil olunacaq.
“Hazırlıqlar gedir. Toyu sentyabrdan sonraya saxlamayacağıq. Yay bitməmiş evlənəcəyik. Mərasim yalnız ailə üzvləri və yaxın dostlarımızın iştirakı ilə keçiriləcək”, – deyə sənətçi bildirib.