Dəniz səviyyəsinin sürətlə yüksəlməsi bir sıra ada dövlətlərini və sahilyanı şəhərləri təhlükə altında qoyur. İqlim proqnozlarına görə, 2100-cü ilə qədər dəniz səviyyəsi 40–63 santimetr arta bilər.
Sesxeber.com bildirir ki, 2019-cu ildə “Nature Communications” jurnalında dərc olunan araşdırmaya görə, 250 milyona qədər insan bu dəyişikliklərin təsiri ilə üzləşə bilər. Ən böyük risk Maldiv və Kiribati kimi ada dövlətləri üçün gözlənilir.
Mövzu ilə bağlı Plimut Universitetinin professoru Gerd Masselink də bildirib ki, ölkələrin sahilləri qorumaq üçün lazımi infrastruktura malik olması mümkün zərərin miqyasına ciddi təsir göstərir.
Çin, Banqladeş və Hindistanda milyonlarla sahilyanı sakin risk altında olduğu halda, Cakarta, Dəkkə, Laqos və Banqkok da təhlükə ilə üzləşən böyük şəhərlər sırasında göstərilir.