69
Parisdə Eyfel qülləsi əməkdaşların tətili səbəbindən ziyarətçilər üçün bağlanıb.
Sesxeber.com bildirir ki, etiraza hindu BAPS hərəkatının nümayəndə heyətinin səfəri zamanı ruhani liderlərin qadın əməkdaşlarla təmasının məhdudlaşdırılması tələbinin qəbul edilməsi səbəb olub.
Eyfel qülləsini idarə edən SETE şirkəti sonradan qərarın düzgün olmadığını bildirərək bunun qadın və kişilər arasında bərabərlik prinsipinə zidd olduğunu açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılması tələb olunub.