8
Bu il fevralın 6-da “İdrak” liseyində müəllimini güllələyən 10-cu sinif şagirdi Əli Şirinovun atası Samir Şirinova hökm oxunub.
O, Cinayət Məcəlləsinin 230-cu maddəsi (odlu silahın diqqətsiz saxlanılması) ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasına məhkum edilib.
Samir Şirinov ifadəsində bildirib ki, ov tüfəngini əvvəlcə seyfdə saxlayıb, lakin köhnə seyfi atdıqdan sonra silahı qarderob otağında ayaqqabı qutularının arxasında gizlədib. Onun sözlərinə görə, ailədə nişan hazırlığı getdiyi üçün qarderob otağı açıq qalıb və oğlu da həmin vaxt silahı götürüb.