147


Yeni Zelandiyada dünyanın ən ağır və ən iri həşəratlarından biri hesab olunan vetapunqilərin nəsli kəsilməsinin qarşısı alınıb.
Sesxeber.com bildirir ki, bu həşəratlar 10 santimetrədək böyüyərək siçan və ya kiçik quş qədər çəkiyə sahib ola bilir.

Növ 1990-cı illərdən etibarən arxipelağa gətirilən yırtıcı heyvanlar və meşələrin qırılması səbəbindən yox olmaq təhlükəsi ilə üzləşib.
Son 15 il ərzində vetapunqilər xüsusi volyerlərdə artırılıb. İndiyədək 11 mindən çox fərd vəhşi təbiətə buraxılıb.
