11
Sentyabrın 23-də Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Sesxeber.com bildirir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələrində, Hüseyn Cavid prospektində, həmçinin Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra ərazilərin elektrik enerjisi ilə təchizatı bərpa olunacaq.