Bu gün paytaxtın Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
“Azərişıq”dan sesxeber.com-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab, Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.