67
Paytaxtda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.
Sesxeber.com bildirir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov, Nazim Hikmət küçələrinin bir hissəsində enerjinin verilişində məhdudiyyət yaranacaq.