22
Xocalıda mina partlayışı nəticəsində ANAMA əməkdaşı xəsarət alıb.
Sesxeber.com xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.
Bildirilib ki, agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.